Bu gün Gürcüstanın sabiq prezidenti  Mixeil Saakaşvilinin məhkəmə iclası  keçirilib.

Saakaşvili 2007-ci il noyabrın 7-də nümayişçilərin kütləvi şəkildə dağıdılmasında, İmedi TV-yə müdaxilədə və iş adamı Badri Patarkatsişvilinin əmlakını cinayətlə ələ keçirməkdə ittiham edilir.

Gürcüstanın keçmiş prezidentinə qarşı Gürcüstan Cinayət Məcəlləsinin fiziki və ya hüquqi şəxsin, cəmiyyətin və ya dövlətin hüquqlarının əsaslı şəkildə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan 333-cü maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb. Sözügedən cəza 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Qeyd edək ki, Mixail Saakaşvilinin məhkəmə iclasında  iştirakına icazə verilməyib.

Xüsusi Penitensiar Xidmətinin açıqlamasına görə, onlar bəzi siyasi partiya nümayəndələri tərəfindən məhkəmə prosesinə mane ola biləcəyindən ehtiyatlanaraq, həmçinin siyasətçinin vəziyyətinin pisləşməsi riski ilə bağlı Saakaşvilinin məhkəməyə gəlməsinə icazə verməyiblər.

Məlumata görə, məhkəmə binasında media nümayəndələrindən, yalnız Gürcüstanın Birinci Kanalının operatoru və jurnalisti iştirak edib.  

Gürcüstan mətbuatının məlumatına görə, "Vahid Milli Hərəkat"ın təşkilatçılığı ilə Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti qarşısında Mixeil Saakaşvilinin mülkü klinikaya köçürülməsi tələbi ilə etiraz aksiyaları keçirilir. Aksiya zamanı 10-dan çox şəxsin saxlanıldığı bildirilir.

 Etirazçılar M. Saakaşvilinin mülki klinikaya köçürülməsini və sərbəst buraxılmasını tələb edirlər.

Həmçinin Saakaşvilinin məhkəmə prosesinin keçirildiyi Tbilisi Şəhər Məhkəməsi qarşısında da etiraz aksiyası keçirilir. Məhkəmə binası qarşısına çoxlu sayda polis qüvvəsi də cəlb olunub.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN