...Bu da təxribatçılığın acı nəticəsi...

Ermənistanın Müdafiə Nazirliyi itkilərini etiraf etməkdədir. Belə ki, bu məsələ Ermənistan parlamentinin bu günkü iclasında da müzakirə edilib, müxaliflər hakimiyyətdən nə baş verdiyini cavablandırmağı tələb edib. Düşmənin hərbi komandanlığı Azərbaycanla sərhəddə atışma zamanı iki döyüş mövqeyini itirdiyini açıqlayıb.Nazirliyin saat 16:00-a olan məlumata görə, şərq istiqamətində vəziyyət son dərəcə ağır olaraq qalır. Eyni zamanda, Ermənistan MN itkilərinin olduğunu etiraf edərək bildirib ki, Ermənistan və Azərbaycan tərəfləri arasında atışma nəticəsində Ermənistan tərəfindən 10 nəfər ölüb, 6 nəfər yaralanıb. Eyni zamanda, vurğulanır ki, 11 erməni hərbçi əsir düşüb.

Amma ermənilərin sosial şəbəkə istifadəçiləri isə 11 erməni hərbçinin əsir düşdüyü, 10-nun öldüyünü və 50-yə yaxın hərbçinin yaralandığı barədə həyəcanlı məlumat yayır... Qan vermək üçün əhaliyə müraciət edilib...

Düşmən daha ağır cavab almaq istəmirsə, indidən ağlını başına yığmalıdır...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN