Bəyanatda peyğəmbərlərin və səhabələrin rolunu əks etdirən dram və serialların yayımının qadağan edildiyi bildirilib...

"Taliban"ın Yaxşılığa Dəvət və Pislikdən Çəkindirmək Nazirliyinin açıqlamasında bildirilib ki, ölkədəki bütün televiziya kanallarına riayət edilməli olan yeni qaydalar göndərilib.

Bəyanatda qeyd olunub ki,  yeni qaydalara əsasən, televiziya kanallarında çalışan qadın aparıcılardan islami hicaba riayət etmək tələb olunur.

 Bundan başqa, qadın aktrisaların iştirak etdiyi serial və teatr səhnələrinin, eləcə də İslam prinsiplərinə və Əfqanıstan qanunlarına zidd olan bütün film və serialların yayımlanmaması tələb olunub.

 Hansısa şəxsləri təhqir edən verilişlərin yayımdan çıxarılması da tələblər sırasındadır.

 Bəyanatda peyğəmbərlərin və səhabələrin rolunu əks etdirən dram və serialların yayımının qadağan edildiyi bildirilib, həmçinin ölkədəki bəzi televiziya kanallarının hələ də İslam prinsiplərinə və əfqan ənənələrinə zidd proqramlar yayımladığı iddia edilib.

Qeyd edək ki, “Taliban” ilk  hakimiyyəti dövründə Əfqanıstanda televiziya yayımını qadağan etmişdi.

Son 20 ilərzində ölkə üzrə 300-dən çox televiziya, radio və qəzet yayımlanmağa başlayıb.

“Taliban” hakimiyyyəti ikinci dəfə ələ keçirdikdən sonra isə 200-ə yaxın media qurumu maliyyə problemləri və məhdudiyyətlər səbəbindən fəaliyyətini dayandırıb. Bu barədə Əfqanıstan Azad Jurnalistlər Assosiasiyası məlumat yayıb.

“Taliban” ölkəyə nəzarəti ələ keçirməzdən əvvəl media işçilərinin 30 faizindən çoxu qadınlar idi, halbuki hazırda bu sahədə  yalnız bir neçə qadın jurnalist çalışır. Və onlarla media işçisi isə ölkəni tərk edib...

 Xatırladaq ki, illər öncəsi – 1996-cı ildə də Əfqanıstanın yarısını işğal etmiş “Taliban”  qruplaşması  2001-ci ilədək ölkəni  “şəriət qanunları” ilə idarə etdi. Onlar qadınlara ali təhsil almağı qadağan etdi,  8 yaşadək qızlara isə yalnız dini təhsil almaq icazəsi verilirdi.

Talibanın ikinci gəlişindən sonra isə Əfqanıstan Təhsil Nazirliyinin rəhbəri Abdul Baki Haqqani bundan sonra universitetlərdə tələbə qızlar oğlan tələbələrdən ayrı -ayrılıqda təhsil alacağı barədə açıqlama vermişdi:

 “Taliban”  qadınların ali təhsil almaq hüququnu inkar etmir, lakin onlar kişilərlə eyni siniflərdə təhsil  ala bilməzlər. Onlara bu hüququ vermək üçün tələbə qızlar "təhlükəsiz təhsil mühiti" alacaqlar”. Мир прекрасных и желанных, проститутки Новосибирска обаятельно пленят вниманием и заботой всех, кто ищет утешения в их объятиях.

Qeyd edək ki, “Taliban” ilk gəlişində cəmi 5 il hakimiyyətdə oldu, lakin bu müddət ərzində ümumilikdə əfqan cəmiyyətinə, əfqan qadınlarına inanılmaz dəhşətlər yaşatdı... Və bu acı xatirələr əfqan qadınlarının yaddaşında sağalmaz  iz buraxdı...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN