Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mitinqdə terror aktı cəhdi ilə bağlı 3 şübhəli həbs olunub.

Apa Türkiyə mediasına istinadən xəbər verib ki, hadisə ilə əlaqədar bir şübhəli ilə bağlı araşdırmalar isə davam edir.

Qeyd edək ki, dekabrın 4-də Türkiyə təhlükəsizlik qüvvələri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Siirt şəhərinin cənub-şərqində keçirilən mitinq zamanı işə düşə biləcək partlayıcı qurğu aşkarlayıb və zərərsizləşdirib. Belə ki, Mardinin Nuşaybin rayonunda xidmətə çıxan polis əməkdaşının avtomobilinin altına partlayıcı qurğu qoyulub, Siirtə gələndə onu işə salmaq planlaşdırılıb. Partlayıcı qurğu polis tərəfindən avtomobilə baxış zamanı tapılıb və istehkamçılar tərəfindən məhv edilib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN