Sabah dekabrın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş olacaq. Bu barədə Brüsseldə, “Şərq Tərəfdaşlığı” ölkələrinin dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində jurnalistlərə Avropa İttifaqının yüksək rütbəli nümayəndəsi bildirib.

 

“Avropa İttifaqı Şurasının sədri sabah Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə əvvəlcə ikitərəfli görüşlər keçirəcək. Elə sabah da onlarla üçtərəfli görüş olacaq”,-mənbə deyib.

Ekspertlər bu yaxınlarda Soçidə baş tutan Putin-İlham Əliyev-Paşinyan üçtərəfli görüşü kimi, bu görüşdən də irəliyə doğru daha bir vacib addım gözləyir. Ən vacibi odur ki, Ermənistan, nəhayət, anlamağa başlayıb ki, artıq dünya Azərbaycan reallığını qəbul etməkdədir, işğalçılığa son verməyin zamanıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN