Saakaşvilinin hələ də həbsdə olması Gürcüstan hakimiyyəti üçün sınaq kimidir...

Elə buna görədir ki, "Bu gün cəmiyyətimiz artıq qarşıdurma və polarizasiyadan yorulub və yaranmış dalan vəziyyətindən çıxmaq arzusundadır"' - deyən Prezident Salome Zurabişvili yeni il münasibətilə ölkədə yaşayan müxtəlif dini icmaların nümayəndələrinin qəbulu zamanı Əlavə okaraq deyib. Prezident çıxışında, ölkədə ümumxalq barışığı təmin etmək üçün öz ideyalarını çatdırıb: "Mən, ölkə prezidenti olaraq bu prosesi başlatmağa və ən azından biribirimizlə danışmağı təmin etmək, daha sonra isə razılıq əldə etməyə zəmin yaratmağa hazıram. Bu prosesin asan olması barədə və ya sabah bir nəticə ortaya qoyacağımızla bağlı bir illüziyam yoxdur. Ancaq, bu prosesi başlamasaq, ölkə ilə birlikdə biz də dalana dirənmiş olacağıq. Buna görə də mən bu ideya barəsində sizi məlumatlandıraraq, dəstəyinizə ümid etdiyimi bildirmək istəyirəm. Bir daha bayramlar münasibətilə sizləri təbrik edir və bu ölkənin başlıca sərvəti olan birlikdə yaşamağımızın davam etməsini, bunun həmişə olduğu kimi bir örnək olmasını arzulayıram", - deyə S. Zurabişvili əlavə edib.
Saakaşvili isə hələki həbsdə saxlanılır. Lakin Gürcüstan Kİv-ləri yazır ki, prezident Yeni il münasibəti ilə bəhanə gətirib onu azad edə bilər...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN