Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğuya əsasən, rusiyalıların demək olar ki, 40%-i

Rusiya prezidenti Vladimir Putini  "İlin siyasətçisi" elan edib.

"Ruslar üçün ilin siyasətçisi Vladimir Putin olaraq qalır -  respondentlərin 38%-i onun adını qeyd edib. Daha sonra Mixail Mişustin və Sergey Lavrova (hər biri 17%), Sergey Şoyquya isə (8%) səs verilib" , - deyə qeyd edilib.

Bundan başqa, sorğuda iştirak edənlər  RLDP-nin rəhbəri Vladimir Jirinovskini, RFKP-dən seçkilərə namizəd Pavel Qrudini, “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedyevi və başqalarını da seçiblər.

Onu da əlavə edək ki, sorğu 2021-ci ilin dekabrında keçirilib. Sorğuda 18 və yuxarı yaşda olan 1,6 min Rusiya sakini iştirak edib.

Bundan əlavə, ölkə vətəndaşlarının 21%-i dövlət başçısını Yeni il süfrəsinə dəvət etmək istərdi. Digər siyasətçilər arasında bu şərəfə  - Vladimir Jirinovski (9%), Mixail Mişustin və Sergey Şoyqu da (hər biri 5%) layiq görülə bilər.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN