Bill Qeyts özünün qorxunc proqnozları ilə yenə zühur edib.

Adı koronavirus fırıldağı ilə  eyni çəkilən bu adamın işi gücü müxtəlif proqnozlar verməkdir. Qısaca desək, görücülüklə məşğuldur. Elə bil Vanqa bu kişinin ağzına tüpürüb və nəticədə onda  belə istedad əmələ gəlib. İnsanların taleyinə “laqeyd” olmayan Hari Potterin bu oxşarı bir vaxtlar heç kimin əhəmiyyət vermədiyi  ( halbuki,  onun vaxtilə tərtib etdiyi kompüter proqramını  indi istənilən uşaq ondan da yaxşı tərtib edər) kömpüter proqramını düzüb-qoşub bütün dünyaya sataraq milyarderlər qazanıb.  İndi onun havayı gələn pulu o qədərdir ki, kompüterin başını buraxıb dünyanın hər yerində mülklər,torpaqlar alıb, əlavə olaraq da falçılıqla məşğul olur. Bu adamı dünya əhalisinin sayı narahat edir və dəfələrlə  bəyan edib ki, əhalinin sayını müxtəlif vasitələrlə (oxu: koronavirus adlanan,süni yaradılan bioloji,kimyəvi silahla, ona qarşı vurulan vaksinlərlə) azaltmaq lazımdır . Bunun üçün dünyanın qara qüvvələri ilə çox gözəl bir ssenari də hazırlanıb. Ssenari də çox sadədir. “Xeyriyyə” adı ilə Afrika ölkələrinin birinə milyonlarla pul ayrılır ( 2-3 ay qabaq Bill Qeytsin Afrika ölkələrinin birinə 100 milyon dollar ayırdığı barədə rəsmi məlumat yayılmışdı) və 2-3 həftədən sonra konovirusun yeni ştammının həmin ölkədə yayılması xəbəri yayılır ( Qeytsin ayırdığı 100 milyondan sonra koronavirusun “omikron” ştammının meydana gəlməsi xəbəri yayıldı). Bu yeni ştammın yayıldığı növbəti ölkə hansı olur? Əlbəttə ki, Hindistan. Daha sonra isə başqa ölkələr. Sonra nə baş verir? Virusun “qarşısını” almaq üçün Qeytsin iki böyük şirkəti başlayır vaksin istehsal etməyə . Satışdan gələn pullar sel kimi axmağa başlayır.

İndi son məlumata görə, amerikalı milyarder  yaxın gələcəkdə koronavirus pandemiyasını zəifləyəcəyini, onun yerini çiçək epidemiyası tutacağını və  ölüm nisbətinin üç dəfə artacağından xəbər verir. Onun fikrincə, bunun səbəbi bioterrorizm ola bilər.

Milyarderin sözlərinə görə, terrorçuların virusu insanların sıx olduğu yerlərdə, məsələn, hava limanlarında süni olaraq yayması kifayətdir ki, qlobal miqyaslı pandemiya baş versin.

“Əgər bioterrorçular on hava limanına çiçək xəstəliyini gətirsələr, biz bilirik ki, nələr baş verəcək. Bioterrorizmin yaratdığı epidemiyalar  indi yaşadığımızdan daha pis ola bilər”.- deyə Qeyts bildirib.

Necə deyərlər, şərhə ehtiyac yoxdur. Yarasaların tüpürcəyi qurtardı, ölən- öldü, indi də çiçək bəlası gələcək. Harri Poterin yekə oxşarının proqnozu həmişə düz çıxır. Niyə də çıxmasın. Ssenarini yazan bilir nə dediyini…Qədəmlərin mübarək olmasın, ay “çiçək”.

İlqar QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN