Alma-Atı aeropotunda heç kəs yoxdur...

***

Qazaxıstanda baş verən iğtişaşlar zamanı 8 polis əməkdaşı və Milli Qvardiyanın əsgəri həlak olub.  İğtişaşlar zamanı hüquq-mühafizə  orqanlarının 317 əməkdaşı da xəsarət alıb.

Bu barədə Sputnik Qazaxıstan məlumat yayıb.

Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yeni ilin elə  ilk günlərində başlayıb. Buna səbəb Manqistau bölgəsində təbii qazın qiymətinin bahalaşması olub.

Vəziyyətlə əlaqədar Prezident Qasım-Jomart Tokayev komissiya yaradılmasını əmr edib və yanvarın 4-də o, etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Lakin etirazlar digər şəhərlərə də yayılır. Etirazçılar Alma-Atada yanvarın 4-ü axşam saatlarında qaz və səs-küylü qumbaralardan istifadə edən təhlükəsizlik işçiləri ilə toqquşub.

Dövlət başçısı Tokayev insanları tədbirli olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb.

Prezident xalqa müraciətində bildirib ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev artıq ölkənin Təhlükəsizlik Şurasının sədri deyil və bu gündən etibarən həmin vəzifəni o, özü icra edəcək.

Həmçinin bu gün prezident hökuməti istefaya göndərib, ölkə üzrə fövqəladə vəziyyət elan edilib. 

Etirazçıların şəhər meriyasını, Alma-Atı hava limanını ələ keçirdiyi bildirilirdi. Qeyd edək ki, AZAL da vəziyyətlə əlaqədar Alm-atı şəhərinə həyata keçirilən reysləri ləğv edib.

Lakin Kaztag -ın yaydığı son məlumatlara görə, Alma-Atı aeroportunu ələ keçirən iğtişaşçılar hazırda oranı tərk ediblər. Və hal hazırda orada heç kəsin olmadığı bildirilir. 

 Ria- novostinin son dəqiqələrə olan məlumatına görə, artıq Alma-Atıda antiterror əməliyyatı başlayıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN