Kamçıbek Taşiyev: "Biz onlara nota, məlumat və onun terrorçu olmadığına dair hər şey göndərmişik"

Qazaxıstanda saxlanılan qırğız musiqiçi terrorçu deyil.

Bunu Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev bu gün jurnalistlərə bildirib.

"O, terrorçu deyil. Sadəcə olaraq, istintaq aparan şəxslər ya səhv ediblər, ya da xidmət göstərmək istəyiblər. Bir daha deyirəm, ölkəmizin xüsusi xidmət orqanlarının rəhbəri kimi məsuliyyətlə bəyan edirəm ki, o, terrorçu kimi cəlb oluna bilməzdi. O, sadəcə olaraq lazım olmayan vaxtda, lazım olmayan yerdə olub”, – deyə, K.Taşiyev bildirib.

Qeyd edək ki, bu gün bir qrup vətəndaş Qazaxıstanın Qırğızıstandakı səfirliyinin binası yaxınlığında toplaşaraq, etiraz aksiyalarında iştirak etməkdə şübhəli bilinərək Qazaxıstanda saxlanılan qırğız musiqiçisi Vikram Rozaxunovun dərhal azad edilməsini tələb edib. Qırğızıstan MTK rəhbəri aksiya iştirakçılarının yanına gələrək musiqiçinin həbsinə münasibət bildirib.

Tokayev bildirib ki, hələlik Bişkekə Qırğızıstan vətəndaşının saxlanması ilə bağlı Qazaxıstandan heç bir rəsmi müraciət daxil olmayıb, lakin Qazaxıstanın dövlət telekanalları həmin musiqiçini göstəriblər: "Bizi də incidən odur ki, dərhal vətəndaşımızın, xüsusən də hörmətli musiqiçinin, ictimai xadimin guya terrorçu olduğunu göstərməyə başladılar. Ona görə də biz onlara nota, məlumat və onun terrorçu olmadığına dair hər şey göndərmişik", – Taşiyev qeyd edib.

Qırğızıstanın Yüksək Texnologiyalar Parkının təsisçisi Azisa Abakirova da baş verənlərə təccübləndiyini bildirib: "Kabus, bu, Qırğızıstanda məhşur caz ifaçısı Vikram Rozaxunovdur. O, tez-tez Qazaxıstana gedirdi, orada konsertlərdə iştirak edirdi. Onu dünyanın caz dairələrində çox adam tanıyır. Biz onu tanıyırıq və sevirik!"

A.Abakirova daha sonra xahiş edib ki, onun boynuna nə isə "qoymasınlar" və azadlığa buraxsınlar.

"O, sadə musiqiçidir!", – deyə A.Abakirova Facebook səhifəsində yazıb.

Qeyd edək ki, Qazaxıstanın "Xəbər-24" telekanalı, guya mitinqdə iştirak etmək üçün Qırğızıstandan Qazaxıstana "pul müqabilində"  təyyarə ilə uçduğunu deyən şəxslə müsahibə yayımlayıb.

Həmin şəxsin sözlərinə görə, naməlum şəxslər ona bilet alıb, Almatıda kirayə mənzilə yerləşdirib və etiraz aksiyalarında iştiraka görə 200 dollar veriblər. Və həmin mənzildə, həmçinin Tacikistandan və Özbəkistandan da onadək adam olub. Videoda o, hər şeyi "etiraf edir"...

Qırğızıstan tərəf isə məhşur cazmenin terrorçu olmadığını, dərhal azad edilməsini tələb edir.

Xatırladaq ki, bu günlərdə Qazaxıstanda RT-nin ştatdankənar müxbiri Stanislav Obişenkonu da həbs etmişdilər.

RT-nin prodüseri Mixail Krasnovun sözlərinə görə, hadisə jurnalistin hərbi texnikanın görüntülərini çəkmək üçün Respublika Meydanına getdiyi zaman baş verib.

Prodüser "Bu zaman hərbçilərin olduğu maşın Obişenkoya tərəf getdi və onu dizləri üstünə qoydular və pulemyotlarla hədələdilər, - deyə bildirmişdi. Müxbirlə heç bir əlaqə yox idi. Sonradan Stanislav Obişenko azadlığa buraxıldı...

Y.MƏMMƏDLİ

P.S. Qeyd edək ki, Sputnik-in Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinə istinadən yaydığı məlumata görə, Qazaxıstanda iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən qırğız musiqiçisi Vikram Ruzaxunov  artıq sərbəst buraxılıb.

Lakin agentlik də baş verənlərlə bağlı təfərrüatlardan xəbərsizdir...

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN