Isveçrənin Cenevrə şəhərində ABŞ və Rusiya nümayəndələri arasında “təhlükəsizlik zəmanəti” ilə bağlı görüş başlayıb.

Bu barədə ABŞ dövlət katibinin müavini Vendi Şerman özünün tviter səhifəsində yazıb. “Hazırda Cenevrədə strateji sabitlik məsələsi üzrə ikitərəfli dialoqun növbədənkənar sessiyası davam edir”, - deyə Şerman bildirib.

Onun sözlərinə görə, görüş zamanı ABŞ təmsilçiləri Rusiyanın narahatlığını dinləyəcək və öz narahatlıqlarını qarşı tərəfə çatdıracaq. “Lakin biz müttəfiqlərimizin və tərəfdaşlarımızın iştirakı olmadan Avropanın təhlükəsizliyini müzakirə etməyəcəyimizi açıq şəkildə bildirdik”, – deyə siyasətçi vurğulayıb. (AzərTac)

Qeyd edək ki, dekabr ayında Rusiya ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı iki “müqavilə” layihəsini dərc edərək onlardan Buxarest sammitinin qərarlarından imtina etmələrini və alyansın şərqə doğru genişlənməməsini tələb edib.

Bundan imtina ediləcəyi təqdirdə Kreml Qərbi “hərbi və hərbi-texniki xarakterli tədbirlərin” tətbiqi ilə hədələyib.

Xatırladaq ki, dünən  Amerika  administrasiyasının yüksək rütbəli rəsmisi  Rusiya Federasiyasının NATO-dan təhlükəsizlik zəmanəti verməsi tələbini şərh edərkən, Ag Evin Rusiyanın irəli sürdüyü bəzi tələblərə qarşı olduğunu vurğulayıb.

" Rusiya Federasiyasının tələbləri arasında ABŞ-ın heç vaxt razılaşmaq niyyətində olmadığı şərtlər var".

Həmçinin Ağ Ev rəsmisi "Biz hesab edirik ki, Rusiya digər ölkələrin əvəzinə kiminlə ittifaq münasibətlərinin ola biləcəkləri barədə qərar vermək səlahiyyətində deyil" deyib.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN