Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri başlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Administrasiyasının önündə R.T.Ərdoğanı rəsmi mərasimlə qarşılayıb.

Türkiyə Prezidenti fəxri qaravul dəstəsinin önündən keçib.

Daha sonra V.Zelenski ilə R.T.Ərdoğan arasında təkbətək görüş başlayıb.

Qeyd edək ki, səfərdə R.T.Ərdoğanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Sülyeman Soylu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, sənaye və texnologiya naziri Mustafa Varank, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu, müdafiə sənayesi naziri İsmail Demir, nəqliyyat naziri Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın və Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik müşayiət edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN