"Moskva-Bakı" portalı 22 iyun Xatirə və Anım gününə Azərbaycan neftçilərinin faşizm üzərində ümumi Qələbəyə töhfələrindən bəhs edən "Bakının qəhrəmanlığı" sənədli filmini hazırladı.

İkinci Dünya Müharibəsi illərində, əsas hərbi əməliyyatların teatrdan uzaq olmasına baxmayaraq, Bakı müharibənin bütün ağırlığını və acılığını yaşadı. Ölkə bütün gücünü düşmənlə mübarizəyə sərf etdi.

 

Azərbaycan Sovet Sosialist Respublikası 22 iyun 1941-ci ildə bütün Sovet İttifaqı ilə birlikdə Böyük Vətən müharibəsinə qoşuldu. Alman komandanlığı Bakının neft yataqlarına xüsusi diqqət yetirmiş və Qafqaz uğrunda döyüş zamanı Bakı və Bakı neftinə nəzarəti ələ keçirmək planı hazırlamışdı.

Cəmi 3,4 milyon nəfər əhalisi olan (1941-ci ilin məlumatına gprə) 10.000 qadın da daxil olmaqla, Azərbaycan SSR-dən 681.000 nəfər cəbhəyə çağrılmışdır. Azərbaycandan çağırılmış 300 min SSRİ vətəndaşı döyüş meydanlarında həlak oldu. Azərbaycanda hərbi hissələr üçün 15.000 tibb bacıları və qadın zabitlər, 750 siqnalçı, 3.000 sürücü yetişdirildi.

Azərbaycanlılar Brest qalası uğrunda, Leninqradın , Moskvanın müdafiəsində, Stalinqrad, Qafqaz uğrunda döyüşlərdə iştirak etmiş, Kursk dairəsində , Berlin uğrunda gedən döyüşlərdə, Ukraynada, Krım yarımadasında vuruşmuş,Baltikyanı ölkələri və Şərqi Avropanın işğaldan azad edilməsində yaxından iştirak etmişlər.

Azərbaycan SSR ərazisində 87 batalyon və 1123 özünümüdafiə, 5 atıcı diviziya yaradılmışdı.

İkinci Dünya Müharibəsinin 1418 günü ərzində həm gecə, həm də gündüzlər Bakı neftçiləri neft çıxararaq cəbhəyə göndərirdilər.

Bu inanılmaz qəhrəmanlığın harada və necə həyata keçirildiyini görmək üçün Moskva-Bakı çəkiliş qrupu Azərbaycanın paytaxtına səfər edib.Dünyada neft hasilatının başlanğıcının qoyulduğu yeri görən çəkiliş qrupu müxtəlif insanlarla görüşüb müsahibə alıblar, onların xatirələrini dinləyiblər.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN