Ukrayna Silahlı Qüvvələri Aİ-nin yardımı çərçivəsində 70 döyüş təyyarəsi alacaq.

"Təzadlar" bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Komandanlığı bu barədə rəsmi məlumat yayıb. "Tərəfdaşlarımız MiQ-29 və Su-25-ləri bizə təhvil verirlər! Lazım gələrsə, onlar Ukrayna pilotlarının döyüş tapşırıqlarını yerinə yetirəcəkləri Polşa aerodromlarında yerləşdirilə biləcəklər". 

Departament yardımın üç ölkədən gələcəyini bildirib:
Bolqarıstan 16 MiQ-29 və 14 Su-25 təmin edəcək;
Polşa - 28 MiQ-29;
Slovakiya - 12 MiQ-29.
Xatırladaq ki, 2019-cu ilə qədər Ukrayna Silahlı Qüvvələrində 30-a yaxın Su-25 və 37-yə yaxın MiQ-29 var idi. MiQ-29 dördüncü nəsil sovet qırıcısıdır, əsasən düşmənin hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Su-25 döyüş bölgəsində hava dəstəyini təmin etmək, yer və yerüstü hədəfləri, həmçinin helikopter, eniş və ya nəqliyyat təyyarələri kimi aşağı manevr qabiliyyətinə malik hava hədəflərini vurmaq üçün nəzərdə tutulmuş hücum təyyarəsidir.

A.Məmmədli

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN