Rusiyanın Kiyevi ələ keçirmək planı hələki baş tutmur...

Şəhərin meri Kliçko Rusiya vətəndaşlarına və hərbçilərə video-müraciətində bir daha bəyan edir ki, Ukrayna xalqı heç bir halda təslim olmayacaq, əksinə, Rusiya bu niyyətinə çatmayacaq, özü-özünü bununla da məhv edəcək.

Kiyev ətrafında isə Rusiya hərbi qüvvələrinin cəmləşməsi davam edir. "Təzadlar" Britaniya kəşfiyyatının yaydığı məlumatlara istinadla  bildirir ki, şəhərin  şimal-qərbində hazırda şəhər mərkəzindən təxminən 25 kilometr aralıda olan Rusiya quru qoşun qüvvələrinin əsas hissəsi ilə döyüşlər davam edir ("mənbəə: CNN). İngilis kəşfiyyatının məlumatında qeyd olunur ki, Kiyevin şimalında böyük bir rus karvanının hissələri darmadağın edilib. Bu, rusların şəhəri mühasirəyə almaq cəhdindən xəbər verir. Eləcə də bu, həm də Rusiyanın öz qoşunlarının Rusiya qüvvələrinə xeyli ziyan vuran Ukrayna əks-hücumlarına qarşı həssaslığını azaltmaq cəhdi ola bilər.

Ukrayna döyüşçüləri isə şəhərin müdafiəsi üçün bütün mümkün hücumlara hazır vəziyyətə gətirilib, hər tərəfə piyada və tank əleyhinə minalarla doldurulub.

A.Məmmədli 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN