“...  Ukrayna küçələrində Rusiya bayraqlarının gül-çiçəklə qarşılanacağına ümid edirdilər.”

Bunu Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

"Biz artıq 16-cı gündür ki, öz azadlığımız uğrunda döyüşürük. Bu, düşmənin işğalı planlaşdırdığından dörd dəfə uzundur.. O orduya qarşı ki, dünyanın ən güclülərindən biri hesab edilirdi və ümid edirdilər ki, kim isə Ukrayna küçələrində Rusiya bayraqlarını gül-çiçəklə qarşılayacaq”, - deyə prezident vurğulayıb.

O, qeyd edib ki, ukraynalılar həmişə öz torpaqlarını müdafiə edən qürurlu insanlardır və işğalçıya bu torpaqdan nə bir parça, nə də azadlıqlarının bir faizini belə verməyəcəklər.

Həmçinin prezident bildirib ki, torpaqlarımızı hələ neçə günə azad edəcəyik, bunu demək mümkün deyil.

“...Amma demək mümkündür ki, buna can atdığımız üçün bunu edəcəyik, ona görə ki, artıq strateji dönüş nöqtəsinə çatmışıq. Biz artıq məqsədimizə doğru, qələbəmizə doğru gedirik” bildirib.

Xatırladaq ki, Ukraynaya qoşun yeridilməzdən bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin “LXR” və “DXR”-ni tanıyan fərmanlar imzaladı.

İki gün sonra - fevralın 24-ü Moskva vaxtı ilə səhər saat 5:30-da Vladimir Putin  Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.

Beləliklə, 15 gündür ki, Ukraynada dəhşətli döyüşlər gedir, mülki əhali ev –eşiyindən didərgin düşüb, çox sayda insan evsiz-eşiksiz qalıb, ölkəyə milyardlarla dollar zərər dəyib. Həmçin dinc sakinlər arasında da ölən və yaralananlar var - ölənlərdən 38 -i uşaqdı (71 uşaq isə xəsarət alıb - yaralanıb)... İndiyədək 2 milyon insan ölkəni tərk etmək məcburiyyətində qalıb.  

Ukrayna və Rusiya nümayəndə heyətinin iki həftə ərzində 3 dəfə (dünən Antalya görüşü də olub) görüşməsinə baxmayaraq, müharibəni dayandırmaq üçün razılaşma əldə edilməyib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN