Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Rusiyanın başladığı müharibə barədə maraqlı məqamı özündə əks etdirən çıxış edib.

O, deyib: “Ukrayna nümayəndələri ilə danışıqlar asan keçmir, lakin kompromis əldə etməyə ümidlər var”. Sergey Lavrov RBK telekanalına müsahibəsində belə deyib. O, əlavə edib: “Rusiya gələcəkdə Ukrayna tərəfi ilə təmaslara hazır olacaq, lakin əlavə şərtlərin nə olacağını başa düşmək lazımdır”. Nazirin sözlərinə görə, Türkiyənin Antalya şəhərində aparılan danışıqlarda Ukraynanın XİN başçısı Dmitro Kuleba heç bir yeni ideya irəli sürməyib. Lakin Lavrov "yeni ideya" deyəndə nəyi nəzərdə tutduğunu deməyib. Müharibə və qan tökülməsi davam edir.

Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN