Ukrayna Prezidenti Vladimir Zelenski maraqlı təkliflə çıxış edib. O, ABŞ-a 24 saat ərzində bütün lazımi yardımı göstərə biləcək yeni bir ittifaq yaratmağı təklif edib.

Bu barədə o, Sülh Naminə Birlik platforması üzərindən ABŞ Konqresindəki onlayn çıxışı zamanı deyib: "Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı fevralın 24-də başladı. Bir günə bitsəydi, ədalətli olardı. Müharibənin acı təcrübəsi bizi müharibədən qorumalı olan qurumlar yaratmağa təşviq edib. Biz bunu görürük, hamı bunu görur. Ona görə də yeni qurumlar, yeni ittifaqlar lazımdır. Və biz bunu təklif edirik. Biz bir assosiasiya yaratmağı təklif edirik. Münaqişələri dayandırmaq üçün güc və vicdan sahibi olan məsul dövlətlərin birliyi olmalıdır ki, dərhal, 24 saat ərzində bütün lazımi yardımı göstərin. Lazım gələrsə, silah, lazım gələrsə, sanksiyalar və humanitar dəstək. Siyasi dəstək, pul. Bundan əlavə, belə bir birlik təbii fəlakətlər, texnogen fəlakətlər yaşayanlara kömək edə bilər...".

Zelinskinin bu təklifi maraqla qarşılanıb. Hələki qarşı dövlətlərdən reaksiya verilməyib. Amma mediada sələnəndən sonra ictimai dəstək qazanmaqdadır.

Sevinc Muradxanlı

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN