İtaliyanın baş naziri Mario Draqi çərşənbə axşamı bildirib ki, İtaliya Ukraynanın Avropa İttifaqına qoşulmasını istəyir.

"Təzadlar" “European Pravda” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu baş nazir Draqi prezident Vladimir Zelenskinin İtaliya parlamentindəki video formatda çıxışından sonra deyib. "Biz Ukraynanın Avropaya yaxınlaşmasına yol açmaq istəyirik: bu, zəruri islahatlardan ibarət uzun bir prosesdir. İtaliya bu prosesdə Ukraynanın yanındadır. İtaliya Ukraynanın Avropa İttifaqına qoşulmasını istəyir", - İtaliyanın baş naziri bildirib. 
Draqi əlavə edib ki, bu gün Ukrayna təkcə özünü müdafiə etmir, o, bizim sülhü, azadlığımızı və təhlükəsizliyimizi müdafiə edir və İtaliya buna görə ona minnətdardır. 

 Xatırladaq ki, Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlüyə namizəd statusunu almağa hazır olması barədə ən qısa zamanda rəsmi rəy hazırlayacağını vəd edib. Ukrayna prezidentinin ofisi isə təkid edir ki, Avropa Komissiyası bu yolla getdikcə, digər dövlətlərlə müqayisədə daha sürətli iş görməlidir.
Ukraynaya namizəd statusunun verilməsi üçün dəqiq və son tarix 2022-ci il iyunun sonunda keçiriləcək Aİ sammitidir. 

 Rəsmi Kreml isə hələki İtaliyanın baş nazirinin bu çıxışına mövqe bildirməyib.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN