Rusiyanın Ukrayna ərazisində apardığı müharibə ölkənin hərbi potensialına ağır zərbə vurmaqdadır...

Uzun illərdən bəri iqtisadi -hərbi əlaqələrdə olmuş ölkələrin bir aya yaxındır bu əlaqələri kəsməyinin üstündən həm də Rusiyaya tətbiq etdikləri ağır sanksiyalar ölkənin həm də hərbi sənayesini çökdürməkdədir. Bu dəfə "Uralvaqonzavod" müəssisəsinin və Çelyabinsk Traktor Zavodunun işi dayandırılıb. Bu zavodlar RF Silahlı Qüvvələri üçün tanklar və digər zirehli maşınlar istehsal edirdi, eləcə də təmirini həyata keçirirdi. "Təzadlar" xatırladır ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda göstərilir ki, xaricdə istehsal olunan zəruri komponentlər olmadığı üçün işlər dayandırılıb. “Defense Express”in məlumatına görə, “Uralvaqonzavod” həm Rusiya ordusunun ehtiyacları, həm də ixrac üçün tankları seriyalı şəkildə yığan yeganə Rusiya müəssisəsidir.

Bu isə o deməkdir ki, Rusiyanın Ukrayna ilə müharibəsində ciddi problemləri yaranacaq. Ukrayna isə, əksinə, hazırda ABŞ-dan və digər ölkələrdən hərbi silah-sursat alır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN