Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün keçiriləcək iclasında Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.

Toplantıda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan addımlar və danışıqlarda yaranmış hazırkı durum nəzərdən keçiriləcək.

Həmçinin iclasda Rusiya ilə Ukrayna arasında davam edən müharibə, Türkiyənin Moskva və Kiyev arasında vasitəçiliyi və regionla bağlı humanitar dəstəyi barədə də fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, FETO, PKK, İŞİD başda olmaqla terror qruplaşmalarına qarşı mübarizə də Milli Təhlükəsizlik Şurasının gündəliyində olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN