Bir müddət əvvəl dünya mediasında Putinə sui-qəsdin hazırlanma ehtimalları barədə məlumatlar paylaşılmışdı...

Hətta Böyük Britaniyanın kəşfiyyat orqanlarının bu qəbildən olan məlumatları da vardı... Rusiyaya qarşı dünya ölkələrinin tətbiq etdikləri ağır sanksiyaların ölkə daxilində yaratdığı təbii sosial-iqtisadi, maliyyə-bank problemləri də bura əlavə etsək, daxili narazılıqların ola biləcəyi ehtimallı şübhəsizdir.  Bəlkə də buna görədir ki, az sonra Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının müşavirəsi keçiriləcək. Rusiya KİV-lərinin yazdığına görə, müşavirədə TŞ-nin daimi üzvləri iştirak edəcək. Müşavirədə daxili təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması üçün əlavə tədbirlərin görülməsi müzakirə olunacaq. “Bu gün daxili təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün əlavə tədbirlərlə bağlı məsələni müzakirə edəcəyik”, - deyə V.Putin bildirib.

Xatırladaq ki, bu dəqiqələrdə Türkiyə Prezidenti Zelenski ilə telefonda danışıb, hazırda isə Putinlə danışıqları davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN