Ukrayna hərbçiləri Rusiya qoşunlarını Sumı vilayətindən də qovub çıxarıb. 

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Məliumatı Sumı vilayət hərbi administrasiyasının sədri Dmitri Jivitski də təsdiqləyib. "Sumı vilayətindən şad xəbərimiz var. Dünəndən etibarən Rusiya qoşunları bölgəmizdən fəal şəkildə öz ərazilərinə çıxıb getməyə başladılar. Son günlər biz Rusiya qoşunlarının Belopolyedən Konotopun özünə qədər cəmləşməsini müşahidə etdik. Yeni hərbi karvanlar daxil olub, onlar vilayətdə, icmalarda terrorla məşğul olublar, dinc əhaliyə atəş açıblar, meşələri, evləri, küçələri tanklardan, qumbaraatanlardan atəşə tutublar”, - Jivitski deyib.

O, bildirib ki, bu gün vilayətin azad edilməsindən danışmaq hələ tezdir, çünki təmizləmə davam edir, lakin düşmənin hərbi texnikası ərazini tərk edib. "Artilleriyamız yetişirdi. Onlar dağılmış tankları, dağılmış texnikanı sürüyürdülər, bütün bunlar sadəcə olaraq onların çatışmazlıqlarını ört-basdır etmələri ilə bağlı idi".

Beləliklə, bir aydan çoxdur davam edən rus işğalı Ukraynaya hərbi-iqtisadi zərbə vurubsa, Rusiyanın hərbi arsenalı barədə olan mifi darmadağın etdi.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN