Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Beynəlxalq Cinayət Məhkəməsinin və beynəlxalq təşkilatların missiyalarını Rusiyanın hərbi cinayətləri və insanlıq əleyhinə cinayətləri ilə bağlı sübutlar toplamaq üçün mümkün qədər tez Buçaya və Kiyev vilayətinin digər şəhər və qəsəbələrinə səfər etməyə çağırıb.

Ukrayna XİN xəbər verir ki, bu barədə Britaniyanın "Times UK" radiosunun efirində Ukraynanın xarici işlər naziri bildirib.

“Mən Ukraynanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək, Beynəlxalq Cinayət Məhkəməsini və beynəlxalq təşkilatları Rusiyanın hərbi cinayətlərinə dair bütün sübutları hərtərəfli şəkildə toplamaq üçün Buça və Kiyev vilayətinin azad edilmiş digər şəhər və kəndlərinə öz missiyalarını göndərməyə çağırıram”, - o deyib.

Ukrayna Xarici İşlər Nazirliyi artıq Beynəlxalq Cinayət Məhkəməsinə sorğu göndərib.

Dmitri Kuleba vurğulayıb ki, bu dəlillərdən beynəlxalq və xarici məhkəmələrdə bu qırğınları törədənlərin məsuliyyətə cəlb edilməsi üçün istifadə olunacaq.

"Biz hələ də cəsədləri toplayırıq, axtarırıq, lakin onların sayı artıq yüzlərlədir. Meyitlər küçələrdə qalıb. Onlar mülki vətəndaşları orada olarkən və kənd və qəsəbələri tərk edərkən öldürüblər", - o bildirib.

"Bunu XXI əsrdə təsəvvür etmək mümkün deyildi, amma bu, bizim gözümüzün qabağında baş verir. Rusiya İŞİD-dən də pisdir."

“Əvvəllər deyirdim ki, günahkarların ədalət qarşısında cavab verməsi üçün bütün səylərimi əsirgəməyəcəyəm, indi əminəm ki, bu, mənim həyatımın məsələsidir və son nəfəsimə, bütün bu qırğınları törədilənlərin hamısı əməllərinə cavab verənə qədər davam edəcəm”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN