Bakı buxtasında yelkənli idman üzrə beynəlxalq yarışlar keçirilə bilərmi?

MEDİA-nın icraçı direktoru, Azərbaycan Yelkən Federasiyasının Ümumi Yığıncağının üzvü Əhməd İsmayılov mətbuat konfransında bu sualı cavablandırıb. Ə.İsmayılov  əcnəbi mütəxəssislərin gəlişindən sonra bu istiqamətdə yeni istiqamətlərin müəyyənləşdirildiyindən də danışıb. Sitat: "Deyim ki, klublarımızda rəqabətin artırılması ilə yeni idmançıları heyətə cəlb edəcəyik. Təhsil Nazirliyinin də dəstəyi ilə məktəblilərin bu növə marağını artırmaq istəyirik. Rəqabət nəticəsində gələcək beynəlxalq yarışlarda yüksək nəticələr göstərəcəyik".

Beləliklə, Bakı Buxtası beynəlxalq yarışlara meydan ola bilər. Bu, izləyici marağını artırar, yarışın daha maraqlı keçirilməsinə səbəb ola bilər. Bakının ümumi relyefi də şəhərin amfiteatr mənzərəli olması ilə bunu diqtə edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN