Ukrayna Dövlət Təhlükəsizlik Xidməti rusları əmin edib ki, DTX öz doğma dövlətinin təhlükəsizliyini gücləndirmək üçün var gücü ilə çalışır və rus təbliğatçıları tərəfindən uydurulanlara “diqqət ayırmağa” nə vaxtı, nə də həvəsi var...

Tezadlar".az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna DTX məlumat yayıb. Beləliklə, Ukrayna xüsusi xidmət orqanı xəbər verir ki, DTX-nin əmri ilə guya “ictimai xadim” Vladimir Solovyovun qətlini planlaşdırdığı iddia edilən yalanları tirajlayan Rusiya Federasiyası FTX-yə aşağıdakıları bildirmək istəyir:
“Birincisi, Ukrayna Təhlükəsizlik Xidməti sistemli şəkildə dövlətimizin təhlükəsizliyinin möhkəmləndirilməsi üzərində işləyir və Rusiya xüsusi xidmət orqanlarının sadəcə olaraq rus auditoriyası üçün yeni nailiyyətlərlə çıxış edən yeni fantaziyalarını şərh etmək niyyətində deyil. İkincisi,  V.Solovyov ictimai xadim deyil, Ukraynanın qələbəsindən sonra beynəlxalq məhkəmələrdə törətdiyi cinayətlərə görə şübhəsiz ki, cavab verəcək adi təbliğatçıdır - Qebbelsin rusiyalı analoqudur. Üçüncüsü, Ukrayna DTX-nin V.Solovyovu öldürmək planı yoxdur. Eyni zamanda, bu şəxsin yayımladığı saxta və anti-Ukrayna nifrətinin sayını nəzərə alsaq, o, müstəqil olaraq öz baza təbliğat fəaliyyətinin “məhsulları”nda boğularaq gəbərəcək”.

Sitatın sonu... Həqiqətən də Solovyovun az qala hər gün nabələd auditoriya üçün nəzərdə tutulan feyk məlumatlarının ömrü bəzən bir saat çəkir. Məlum olur ki, bunlar yalandır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN