Ukrayna Silahlı Qüvvələri cənubda Rusiyanın iki S-300 buraxılış qurğusunu, bir Giacint-S özüyeriyən topunu və Msta-S özüyeriyən haubitsasını məhv edib.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, həmçinin 20 rus hərbçisi öldürülüb.  Bundan əlavə, işıqlandırma və istiqamətləndirmə üçün radiolokasiya stansiyası, aerodinamik və ballistik obyektlərin aşkarlanması üçün “Nebo-M” mobil radar sistemi, 2 yedəkli 120 kalibrli minaatan, 3 ədəd zirehli texnika da məhv edilib. Ukraynanın aviasiyası da uğurlu uçuşlar edib və Aleksandrovka və Burxanovka ərazilərində Rusiyaya məxsus canlı qüvvə, silah və texnikanın toplandığı məntəqəyə iki zərbə endirib. 
Müharibə isə davam edir. Bu həftə isə Türkiyə Prezidenti R.T.Ərdoğan Vladimir Putinlə telefonla müharibənin dayandırılması və digər məsələləri müzakirə edəcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN