ABŞ prezidenti: “… Görüşdə heç bir məna görmürəm ”

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə hələ görüşmək niyyətində olmadığını açıqlayıb.

O, CNN telekanalına müsahibəsində “Mən onunla indi görüşməkdə heç bir məna görmürəm”,- deyə vurğulayb.

Bayden əlavə edib ki, əgər Putin uyğun bir mövzu təklif etsə, görüş barədə düşünə bilər,

“məsələn, əgər o, G20-də mənə yaxınlaşıb Qreynerin azad edilməsi barədə danışmaq istədiyini desə, mən onunla görüşərdim”.

Baydenin sözlərinə görə, o, Rusiyanın Ukraynada mövcudluğunu, eləcə də “Ukraynanın hər hansı hissəsinin qorunub saxlanmasını” müzakirə etməyə hazır deyil.

 Xatırladaq ki, Baydenin azadlığını tələb etdiyi amerikalı xanım - Britti Qreyner dünyanın məşhur basketbol ulduzudur və ikiqat Olimpiya çempionudur.

  Britti Qreyner  (Brittney Griner) fevral ayında Rusiya gömrükçüləri tərəfindən saxlanılıb. O, qaçaqmalçılıq və həşhəş yağını saxlama ittihamı ilə həbs edilib. Avqust ayında isə Rusiya məhkəməsinin hakimi Qreyneri 9 il müddətinə ümumi rejimli həbsə və 1 milyon rubl cəriməyə məhkum edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müharibəyə son vermək üçün ölkəsinin vasitəçilik missiyasını tərəflərə təklif etmiş və hər iki tərəfin nümayəndə heyətləri Türkiyədə görüşmüşdülər. Bu görüşlər nəticəsində bəzi razılıqlar əldə olunsa da, hələki, müharibəni dayandırmaq və sülhə nail olmaq mümkün olmayıb.

Lakin Türkiyə tərəfi Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini görüşdürmək niyyətindədir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan hər iki dövlət başçılarını bir araya gətirmək və müharibəni dayandırmaq istədiklərini açıqlayıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN