Erməni təxribatı təkcə cəbhə xəttində deyil, həm də diplomatlarımıza qarşı davam edir...

Belə ki, iki gün əvvəl oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəlik tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Bundan başqa, məsələ ilə əlaqədar ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili bu gün, 12 oktyabr tarixində XİN-ə çağırılıb və baş vermiş hadisə ilə bağlı ciddi narahatlıq və narazılıq ifadə edilib. Görüşdə, Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.

Təbii ki, düşmən kapitulyasiya aktından sonra sakitləşə bilmir. Amma görünür, lazım gələndə 44 günlük müharibədə olduğu kimi, onu sakitləşdirmək lazım gələcək...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN