"Gələn ay Azərbaycan ilə Ermənistan arasında böyük hərbi münaqişə başlayacaq. Hazırda hər iki tərəf hazırlıq işləri görür. Sərhəddə ara-sıra baş verən atışmalar da bunun göstəricisidir" 

Tezadlar.az Ermənistan KİV-lərinə istinadla bildirir ki, bu sensasion fikirlərlə tanınmış erməni siyasətçi Armen Baqdasaryan çıxış edib. Onun sözlərinə görə, əgər məsələ diplomotok masada həllini tapmasa, gələn ay yeni müharibə başlaya bilər: “Hadisələrin gedişatı məhz buna dəlalət edir. Bizi yeni müharibə gözləyir. Azərbaycanın səbri tükənib və əgər məsələ diplomotok masada həllini tapmasa, gələn ay yeni müharibə başlaya bilər. Aydındır ki, avropalıların öz maraqları var, ona görə də biz onlara arxalana bilmərik. Biz buna ümid belə edə bilmərik, çünki Qərbin Azərbaycanın qarşısına qoya biləcək heç bir mexanizmləri yoxdur. Rusiya da bizi dəstəkləməyəcək. Kreml daha ağrılı cavab verəcək, çünki bilir ki, ABŞ bizim regionda yalnız öz maraqlarına uyğun fəaliyyət göstərir, bu ölkənin marağı isə yalnız birdir: Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmaq üçün əlindən gələni etmək”, - deyə erməni ekspert qeyd edib.
 Maraqlıdır ki, iki gün əvvəl isə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Rəsmi İravanın ilin sonunadək Azərbaycanla sülh sazişi imzalanacağını demişdi. Amma hadisələrin bu axarla davam etməsi sülh sazişinin bağlanacağı ehtimallarını şübhə altına alır. Bütün hallarda bunu zaman göstərəcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN