Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müntəzəm əlaqə saxladığını qeyd edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya dövlətinin başçısı Astanada Türkiyə prezidenti ilə danışıqlarda deyib.

"Sanitar və siyasi məhdudiyyətlərlə bağlı bütün çətinliklərə baxmayaraq, biz müntəzəm olaraq görüşmək və ünsiyyət qurmaq imkanı tapırıq", - Putin bildirib.

Onun sözlərinə görə, bu, yaxşı nəticələr verir.

Bundan əlavə, Putin xüsusilə Ərdoğana Türkiyədə qaz qovşağının yaradılması ideyası barədə danışıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN