Ermənistan sülh sazişini imzalamaqdan yayınmaq üçün müxtəlf hiylələrə əl atmaqdadır...

Belə ki, dünən oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə əlavə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir. Tezadlar.az Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadla bildirir ki, bu istiqamətdə ermənilər hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusu yerləşdiriblər. Nazirlik bildirir ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bəli, elçisi gülüm olanın, başına külüm olar, deyiblər. Fransa prezidentinin Putin haqqında dediklərini hamı bilir. Belə bir küçə səviyyəli elçinin də fəaliyyəti və məsləhəti necə olmalıdır ki!?

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN