Xəbər verildiyi kimi, son vaxtlar ATƏT bölgəyə yenidən əl uzatmağa çalışır kiş bu da Makronun diqtəsi ilə edilməkdədir...

Məqsəd aydındır və Ermənistan düşüncəlilər hesab edir ki, bununla da işğalçı ölkənin utopik arzuları dirçələ bilər. Amma əbəs, Azərbaycan yüz illərdir Dövriyyəyə buraxılmış ermənilərin torpaq iddialarını 44 günlük Zəfər müharibəsi ilə nöqtələdi. Bu arada isə Fransanın ermənipərəst, əslində, erməni prezidenti Makronun diqtəsi ilə rəsmi Bakı ilə razılaşdırılmadan ATƏT Katibliyinin Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası göndərmək qərarına cavab olaraq Azərbaycan ATƏT-in 2023-cü il üçün büdcəsinin müzakirəsində iştirakını dayandırıb. Bu barədə oktyabrın 21-də Azərbaycanın ATƏT-dəki nümayəndəliyi Daimi Şurada təşkilatın 2023-cü il üçün büdcəsinin müzakirəsi zamanı bildirib. Sitat:  “Sülhün əldə olunması məqsədlərinə nail olmaq, regionda etimadın yaradılmasına töhfə verməkdənsə, Azərbaycanla əməkdaşlıqdan imtina etmək və birtərəfli qaydada “ehtiyacların qiymətləndirilməsi” missiyasını əvvəlcədən müəyyən edilmiş məqsədlər və nəticələrlə göndərmək əks- effekt verəcək”. Beləliklə, ermənipərəstlər yenidən baş qaldırır, yeni üsullar axtarırlar ki, ermənilərin artıq çoxdan ölmüş, dəfn edilməli olan arzularını diriltsinlər. Halbuki ATƏT missiyasının Ermənistana göndərilməsilə bağlı birtərəfli qərar təşkilatın konsensus prinsipinə əsaslanan prosedurların pozulması ilə qəbul edilib... Və Ermənistanda da bilməlidirlər ki, Azərbaycan öz qəti sözünü 44 günlük müharibədə deyib...

A.Məmmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN