Sən demə, Azərbaycanla silahlı münaqişələr zamanı 1023 erməni itkin düşüb.

Tezadlar.az regnum.ru saytına istinadla bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Twitter” sosial şəbəkəsində belə bir məlumat paylaşıb. Paşinyan deyib: "...1992-1994-cü illərdə davam edən Qarabağ müharibəsi zamanı -777, 2020-ci ildə Qarabağda gedən müharibədə- 217, 2022-ci il sentyabrın 13 və 14-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüşlər zamanı- 29 nəfər itkin düşüb. Biz ümid edirik ki, Azərbaycan soydaşlarımızın taleyinə aydınlıq gətirmək üçün bizimlə əməkdaşlıq edəcək".

Bizim şərh: müharibəni başlayan Ermənistan rəhbərliyi itkinlərinin tapılması üçün hələ bir Azərbaycanın onlarla əməkdaşlıq etməsini arzulayır. Əksinə, Ermənistan Azərbaycanla əməkdaşlıq edib sülh sazişini imzalamalıdır ki, nəinki özlərinin başladığı müharibədə itkin düşənlərinin, həm də Ermənistanın özünün gələcək taleyinə aydınlıq gətirilsin...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN