Ukraynanın işğal olunmuş ərazilərində rus əsgərlərinə təlim keçən 10 İran təlimçisi Ukrayna tərəfinin endirdiyi zərbələr nəticəsində son bir həftədə öldürülüb...

Tezadlar.az İsrailin "KAN" nəşrinə istinadla bildirir ki, adı çəkilən portal təfərrüatları təqdim etmir, lakin işğal altında olan Xerson vilayətində və Krımda iranlı təlimatçıların olduğunu ilk elan edənlərdən biri olan Ukrayna Milli Müqavimət Mərkəzinin məlumatlarına istinad edib. “New York Times” isə ABŞ kəşfiyyatının məxfi məlumatlarına istinadən yazıb ki, İran ruslara Tehrandan aldıqları pilotsuz təyyarələrlə bağlı problemlərin aradan qaldırılmasına kömək etmək üçün işğal olunmuş Krıma təlimatçılar göndərib. Bu məlumat da Ağ Evdə təsdiqlənərək, İranın Ukraynadakı müharibədə birbaşa iştirakını müəyyən edib. 

 Rusiya son vaxtlar Ukraynaya hücumlar üçün kütləvi şəkildə kamikadze dronlardan istifadə edir, ekspertlər bunu İran Şahed-136 adlandırırlar və Rusiya qüvvələri onlardan "Geranium" adı altında istifadə edir. Tehran dronların Rusiyaya verildiyini dəfələrlə təkzib edib. Ağ Ev hesab edir ki, İranın təkzibi yalandır, çoxsaylı faktlar bunu təsdiqləyir. Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, İranın Rusiyaya genişmiqyaslı müharibə aparmaq üçün silah verməsi onu Ukrayna ərazisində təcavüzkar və hərbi cinayətlərin ortağı kimi ortaya qoyub.

İran isə dəfələrlədir Rusiyaya kamikadze dronlar verdiyini təkzib etməkdədir. Lakin məhv edilən dronların qalıqları İranın təkzibinin səmimi olmadığını ortaya qoymaqdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN