Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda iştirak etmək üçün Soçiyə gəliblər.

"Ermənistanın baş naziri Nikol Paşinyan Soçiyə işgüzar səfərə gəlib", - Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti TASS müxbirinə bildirib. Baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Paşinyanla birlikdə Soçiyə uçublar.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə oktyabrın 31-də Soçiyə işgüzar səfərə gəlib", - dövlət başçısının saytında yerləşdirilən məlumatda deyilir.

Kremlin mətbuat xidmətinin daha əvvəl bildirdiyi kimi, Putin, Paşinyan və Əliyev Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasını, Transqafqazda təhlükəsizlik, sabitliyin möhkəmləndirilməsi üzrə gələcək addımları nəzərdən keçirməyi planlaşdırır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN