Maraqlıdır ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Gürcüstana daxil olmuş Rusiya vətəndaşlarından 711 hüquqi şəxs, 9789 Rusiya vətəndaşı isə artıq Gürcüstanda fərdi sahibkar kimi qeydiyyatdan keçib.

Tezadlar.az Gürcüstan Kİv-lərinə istinadla bildirir ki,  bu barədə Gürcüstan Dövlət Reyestrinin Milli Agentliyindən alınan cavabda qeyd olunub. Reyestr məlumatlarına görə, 2022-ci il martın 1-dən oktyabrın 12-dək: 2585 Rusiya vətəndaşı Gürcüstanda ümumi sahəsi 189 084 kvadratmetr olan 2964 mənzil alıb. Həmin dövrdə 252 Rusiya vətəndaşı Gürcüstanda 249 torpaq sahəsi alıb ki, bu da ümumilikdə 37,9 hektardır. Rusiya vətəndaşlarının dövlət reyestrində məlumatları/qeydiyyatı belə görünür:

●► Hüquqi şəxs – 711;

●► Sənaye sahibkarı – 9 789;

●► Mənzil alan şəxslər - 2585;

●► Torpaq alan şəxslər - 252;

●► Alınan mənzillərin sahəsi – 189 084 kv.m.;

●► Alınan torpaq sahəsi 37,9 ha-dır.

Diqqəti çəkən budur ki, Rusiya 2008- ci ildə Avropaya meyillənən Gürcüstan ərazisinə hücum edərək ölkənin bir hissəsini işğal edərək iki qondrama respublika yaratdı. İndi ruslar həmin Gürcüstana pənah gətirir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN