"Xomeyni bunu özü də etiraf etdi. Çünki ona sual veriləndə ki, "Ağa, siz Parisdə deyirdiz ki, burda hamıya azadlıq verəcəksiniz?" Xomeyni güldü və dedi ki, "Mən yalan dedim, çünki islamda yalan demək caizdir".

Bunu TEZADLAR.TV-nin efirində qonaq olan Fransada yaşayıb fəaliyyət göstərən, Azərbaycan əsilli fotoqraf – jurnalist Reza Deqati bildirib.

Reza bəy İran inqilabından və yeni hakimiyyətin yürütdüyü siyasətdən danışıb.

O, bildirib ki, İranı tərk etməsi inqilabdan  bir il sonra baş  verib.

“...Əslində mən memaram, arxitektoram. Amma fotoqraflığa marağım olduğu üçün 14 yaşından bu sənətlə məşğul olmuşam. İnqilab baş verən zaman küçələrə çıxan insanların fotosunu çəkmək həvəsim yarandı. Ətrafda baş verənlərin fotolarını çəkməyə başladım. Həmin hadisələr zamanı çəkdiyim fotolarımla orada olan əcnəbi jurnalistlərin diqqətini cəlb etdim. Baxıb deyirdilər ki, “...Bu, çox önəmli şəkildir”. Lakin mən bu fotoları sadəcə diqqətimi cəlb etdiyi  üçün çəkirdim”.

Fotoqraf qeyd edib ki, o zamandan onun fotoları ilə bağlı dünyanın məşhur jurnalları (Fransadan, ABŞ-dan, Almaniyadan...) tərəfindən təkliflər gəlib. O, qeyd edib ki, Fransada dünyanın ən böyük foto-şirkətlərindən olan “Sipa Press”dən də təklif alıb, hansı ki, qurucusu Türkiyəli fotoqraf Gökşin Sipahioğlu olub.

“...Onlarla çalışmağa başladım və gördüm ki, dünyanın 20 mindən çox  qəzet və jurnalları mənim çəkdiyim fotoları alırlar”.

Reza bəy Xomeyninin İrana gəlməzdən əvvəlki dövrə də toxunub:

“Xomeyni İrana gəlməmişdən, inqilab baş verməzdən əvvəl Fransada yaşayırdı və müsahibələri verirdi. Fikri isə ondan ibarət idi ki, onlar hakimiyyətə gəlsələr, hökuməti istəmirlər, sadəcə Şah (Şah Məhəmməd Rza Pəhləvi -red) getsin, biz də qayıdacağıq məscidə...Həmçinin bildirirdi ki, bu məmləkətin (İranın -red) bu qədər ki, pulu var, nefti var imkanlar çoxdur. Biz  (Ruhullah Musəvi Xomeyni –red ) hakimiyyətə gələndən sonra, yəni inqilabdan sonra  iranlılar üçün su, işıq, nəqliyyat... pulsuz olacaq və hər bir ailəyə pulsuz ev veriləcək...”

O, vurğulayıb ki, Xomeyni siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir kəsə söz azadlığı vəd edib:

“O, bu cür vədlərlə insanları aldatdı... Hakimiyyətə gəldikdən sonra insanlar gördü ki, bu vədlər hamısı yalan imiş. Xomeyni bunu özü də etiraf etdi. Çünki ona sual veriləndə ki,  “Ağa, siz Parisdə deyirdiz ki, siz burda hamıya azadlıq verəcəksiniz?”. Xomeyni güldü və dedi ki, “Mən yalan dedim, çünki islamda yalan demək caizdir”.

Fotoqraf vurğulayıb ki, Təbrizdə yaşayan Ayətullah  çox ziyalı insan olub və bütün baş verənlərə etirazını bildirib, lakin Xomeyni onu həbs etdirib, ofislərini isə dağıtdırıb.

“Hamı gördü ki, bunaların tamam başqa planları varmış”, -deyə bildirib.

Xatırladaq ki, Reza Deqati Cənubi Azərbaycanda, Təbriz şəhərində dünyaya göz açıb. Fəaliyyəti ilə bağlı (fotoları) gənc yaşlarından İrandakı təqiblərdən (həbsxana, işgəncə) yaxa qurtarmaq üçün Fransaya mühacirət etmək məcburiyyətində qalıb. Qəlbi Azərbaycanla döyünən, Qarabağ həqiqətlərini öz fotolarının yaddaşına köçürərək dünyaya çatdıran, saysız-hesabsız sərgiləri təşkil olunan fotoqraf-jurnalist bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xidmətlərinə görə “Dostluq ordeni” ilə mükafatlandırılıb.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN