Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Türkiyədə baş verən partlayışla bağlı baş sağlığı verib.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Qaribaşvili bu barədə öz “Twitter” hesabında qeyd edib. Hökumət başçısı xəsarət alanların tezliklə sağalmasını arzulayıb: "İstanbulda baş verən partlayışla əlaqədar Gürcüstan hökuməti və xalqı adından türk xalqına, prezident Rəcəb Tayyib Ərdoğana və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzulayırıq və Türkiyə üçün dua edirik".

Son məlumatlara görə, terror nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN