Dünən “G7” və NATO ölkələrinin liderləri İndoneziyanın Bali adasında keçirilən “G20” Sammiti çərçivəsində birgə bəyanat yayıblar.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, birgə bəyanat Polşadakı insidentlə bağlıdır. Sitat: "Prezident Bayden, Kanadanın Baş naziri Trüdo, Avropa Komissiyasının sədri Fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Mişel, Fransa Prezidenti Makron, Almaniya kansleri Şolts, İtaliyanın Baş naziri Meloni, Yaponiyanın Baş naziri Kisida, Niderlandın Baş naziri Rütte, İspaniyanın Baş naziri Sançes və Böyük Britaniyanın Baş naziri Sunak Balidə keçirilən “G20” sammiti çərçivəsində görüşüb. Onlar Rusiyanın çərşənbə axşamı Ukrayna şəhərlərinə və mülki infrastruktura qarşı başlatdığı barbar raket zərbələrini pisləyiblər. Onlar Polşanın şərqində Ukrayna ilə sərhədə yaxın ərazidə baş vermiş partlayışı müzakirə ediblər. Onlar Polşada davam edən istintaqa tam dəstək və kömək təklif ediblər. Onlar təhqiqat davam etdikcə müvafiq növbəti addımları müəyyən etmək üçün əlaqə saxlamağa razılaşıblar. Liderlər Rusiyanın davam edən təcavüzü qarşısında Ukraynaya və Ukrayna xalqına sarsılmaz dəstəklərini, həmçinin “G20”nin müharibənin daha böyük fəsadlarının öhdəsindən gəlmək üçün bir araya gəldiyi bir vaxtda belə, Rusiyanı Ukrayna icmalarına etdiyi həyasız hücumlara görə cavabdeh tutmağa davam etməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Onların hamısı Polşa və Ukraynada həlak olanların ailələrinə başsağlığı verib”.

Dünən Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərmi Polşa ərazisinə düşüb. Hadisə nəticəsində 2 nəfər həlak olub.

Ukraynada isə müharibə davam edir, itkilər hər gün artır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN