Avropa mediası çoxdan yazırdı ki, Rusiya Müdafiə Nazirliyi orduya məhbusları səlb edir...

Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, artıq fakt təsdiqini tapır. Belə ki, 2022-ci ilin sentyabr və oktyabr aylarında Rusiya islah koloniyalarında məhbusların sayı 23 min nəfər azalıb. 2010-cu ildən bu yana statistikada belə kəskin sıçrayışlar olmayıb. Hətta son illərin ən kütləvi amnistiyası belə qısa müddət ərzində daha az sayda rusiyalını azad edib.
 Elə bu barədə “Mediazona” nəşri də məlumat yayıb. Məlumata görə, məhbusların sayının azalması koloniyalarda “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) koloniyalarda döyüşçülərin cəlb edilməsi fonunda baş verir. Avqustun əvvəlində islah koloniyalarında təxminən 349 min nəfər saxlanılıb. Noyabrın əvvəlinə onlardan 325 mini qalıb, 23 mindən çox insan isə koloniyalardan yoxa çıxıb. “2022-ci ildə Dövlət Duması amnistiya elan etməyib, məhbusların ağır vəziyyətini yüngülləşdirməli olan qanunlar da qəbul etməyib”.

Ukrayna ərazisində isə müharibə davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN