Avropa İttifaqı Şurasının bugünkü sessiyasından sonra Ukrayna, Moldova və Gürcüstanla bağlı bəyanat dərc olunub.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, sənəddə Avropa İttifaqı Şurası Gürcüstanı islahatlar yolunu davam etdirməyə və ölkəyə namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının yekununda müəyyən edilmiş prioritetlərin tam həyata keçirilməsinə çağırır. Sözügedən bəyanatda deyilir: " Ukrayna, Moldova və Gürcüstanın gələcəyi Avropa İttifaqındadır - biz Gürcüstanı islahatlar yolunu davam etdirməyə və prioritetlərin tam yerinə yetirilməsinə çağırırıq. Avropa İttifaqı Şurası 23 iyun 2022-ci il tarixli qərarının Avropa perspektivinin tanınması və Ukrayna və Moldovaya namizəd ölkə statusunun verilməsi haqqında qərarının tarixi əhəmiyyətini xatırlayır. Avropa İttifaqı Şurası Gürcüstanın Avropa perspektivini tanıyıb və üzvlük üçün müraciətlə bağlı Avropa Komissiyasının rəyində müəyyən edilmiş prioritetlər yerinə yetirildikdən sonra ölkəyə namizəd statusu verməyə hazır olduğunu təsdiqləyib. Avropa İttifaqı Şurası Gürcüstanın islahatlar prosesində atdığı mühüm addımlardan xəbərdardır və bu addımlar 2022-ci ilin sentyabrında keçirilmiş 7-ci Aİ-Gürcüstan Assosiasiyası Toplantısında qeyd olunub. Şura Avropa İttifaqının daha da dərinləşməsinə xüsusi diqqət yetirir”.

Gürcüstan isə Avropa İttifaqlnın şərtlərini yerinə yetirmək  üçün səylər göstərməkdədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN