Polşa Seymi Rusiyanın terrorçu dövlət olduğunu bildirən qətnamə qəbul edib...

Tezadlar.az Polşanın “Gazeta Vyborcza” portalına istinadla bildirir ki, parlamentin aşağı palatası dünən çərşənbə günü axşam saatlarında Rusiyanı terrorizmi dəstəkləyən ölkə adlandıran qətnamə qəbul edib. Hökumətyönlü çoxluğun deputatları qətnamənin lehinə səs veriblər. Qətnamədə isə deyilir: “Polşa Seymi Rusiya Federasiyasını terrorizmi dəstəkləyən və terror vasitələrindən istifadə edən ölkə kimi tanıyır”.
Eləcə də qərarda vurğulanır ki, Rusiya insan haqlarını, beynəlxalq hüququ və BMT-nin müddəalarını və bir sıra digər beynəlxalq öhdəlikləri sistematik şəkildə pozur, başqa ölkələrin ərazisinə təcavüz, hərbi cinayətlər və soyqırımlar törədir, həmçinin xüsusilə enerji sektorunda düşmənçilik xarakterli iqtisadi hərəkətlər həyata keçirir. Sərhədlərin zorla dəyişdirilməsinin sülhə qarşı cinayət olduğu vurğulanır. Sənəddə deyilir: “Rusiyanın Ukrayna vətəndaşlarına qarşı istifadə etdiyi terror formaları insanlığa qarşı cinayət və soyqırımdır”.
Polşa Senatı oktyabrın sonunda Rusiya Federasiyası hökumətini terrorçu rejim kimi tanıyıb.

Rusiya siyasi dairələri hələki bu qərara cavab verməyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN