Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, ölkənin Baş naziri İrakli Qaribaşvili Ukrayna rəsmilərindən narazılığını ifadə edib.

Sitat:  “Əlbəttə, Ukrayna hakimiyyətinin nümayəndələrindən eşitdiyimiz bəyanatlar bizim üçün xoş olmadı, amma burada qeyd etmək istərdim ki, Ukrayna, hökuməti və xalqı hazırda müharibə vəziyyətindədir, buna görə də bu mövzuda lazımsız açıqlamalar vermək istəmirik. Qeyd edim ki, bizim əsas vəzifəmiz öz milli maraqlarımızı qorumaqdır. Mən dəfələrlə demişəm və biz bunu öz siyasətimizlə, fəaliyyətimizlə təsdiq etmişik ki, biz təbii olaraq bütün ölkələrin suverenliyinə hörmət edirik, lakin hər şeydən çox ölkəmizi sevirik. Buna görə də bizim hamımızın əsas borcumuz ilk növbədə ölkəmizin mənafeyini qorumaqdır. Təbii ki, bu böyük işdə sizlərin, səfirlərin rolu xüsusidir ki, biz öz mesajımızı paytaxtlara düzgün çatdıra, ölkəmizin mənafeyini düzgün ifadə edə və həyata keçirilən dezinformasiya kampaniyası ilə düzgün və səmərəli mübarizə apara bilək. Biz yaxşı başa düşürük ki, bu kimi hallar ölkəmizin milli maraqlarına qarşı təşkil edilmiş hücumdur”.

Xatırladırıq ki, Ukrayna hakimiyyəti, o cümlədən prezident Zelenski Saakaşvilinin müalicə alması üçün Ukraynaya təcili ekstradisiya edilməsini tələb etmişdi. Bu tələb isə Gürcüstanda birmənalı qarşılanmamışdı.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN