booked.netbooked.net booked.net  

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin fikirlərini "Təzadlar"ın oxucularına təqdim edirik:

-Azad müəllim, NATO-nun Baş katibi Yens Stoltenberq bu günlərdə açıqlamasında  qeyd edir ki, Çin və Rusiya arasındakı əməkdaşlıq Qərb ölkələri üçün təhlükəlidir. O, fikirlərini belə əsasladırır ki, “Onları fərqli dünya nizamı qurmaq istəyi birləşdirir. Fakt budur ki, onlar bizim dəyərlərimizi bölüşmürlər. Azadlıq və demokratiyaya olan inamımızı pozan maraqları müdafiə etməyə çalışırlar”. Baş katibin bu fikirlərini necə izah etmək olar?

-Əvvəla, onu qeyd edim ki, NATO deyiləndə ABŞ nəzərdə tutulur, bu təşkilat Amerkanın vuran əlidir. ABŞ dünya imperatorluğunu NATO vastəsilə qoruyur, maraqlarına uyuşmayan dövlətlərə NATO-dan təziq vastəsi kimi istifadə edir. ABŞ rəsmi olaraq Rusiyanı və Çini özünə düşmən elan edib, bu məqsədlə NATO blokuna daxil olan dövlətləri öz məqsədlərinə alət edir, bunu Rusiya-Ukrayna münaqişəsində də gördük, baş katib Stoltenberqin fikirlərində bunu aydın hiss edirik. Artıq dünya ictimaiyyəti də anlayır ki, ABŞ azadlıq və demokratiya kimi ideyalardan məqsədlərinə çatmaq, imperatorluğunu genişləndirmək üçün vasitə kimi istifadə edir.  Gürcüstanda, Ukraynada, Ərəb dövlətlərində rəngli inqilablar adı altında dövlət çevrilişləri etdi. Həmin dövlətləri də demokratiya və azadlığın pozulmasında günahlandıraraq xalq tərəfindən formalaşmış hakimiyyətləri devirdilər, özlərinə münasib şəxsləri hakimiyyətə gətirərək həmin dövlətləri klonlaşdırdılar. Daha lokanik ifadə edim, ABŞ işğalçılığın klassik formasını demokratiya və azadlıq adı altında həyata keçirməkdədir... Onu da diqqətə alın ki, ABŞ-ın düşünən beyin mərkəzləri  Rusiya-Ukrayna münaqişəsini yaratmaqla Avropa -Rusiya düşmənçiliyini formalaşdırdı, nəticədə dünyanın həm siyasi baxımdan, həm də iqtisadi, qlobal təhlükəsizlik sistemi baxımdan bütün nizamı pozuldu. Bunun nəticəsində Avropa ABŞ-ın tam nəzarəti altına keçdi, artıq birmənalı olaraq deyə bilərik ki, Avropanın azadlıq və müstəqillik limitini ABŞ təyin edir. ABŞ imperatorluğunun genişlənməsinin qarşısını ala biləcək dövlətlər Rusiya və Çinin birgə əməkdaşlığıdır. Bu baxımdan NATO-nun Baş katibi Yens Stoltenberqin “Çin və Rusiya arasındakı əməkdaşlıq Qərb ölkələri üçün təhlükəlidir” fikirləri birbaşa ABŞ tərəfindən təlimatlandırılan tezislərdir. Dünyada gedən proseslərin gedişi onu göstərir ki, dünya  yenidən qütbləşməlidir, bu prosesdə Rusiya və Çin xüsusi yer tutmalıdır. Unutmayın ki, ABŞ-ın nəzarətində olan Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükə yaradır. Rusiya və Çini düşmən elan etmək, onları dünyanın siyasi xəritəsindən silmək, parçalamaq və s. kimi niyyətləri qarşısına məqsəd qoyan NATO bloku bəşəriyyəti nüvə müharibəsinə sürükləyir. Artıq bəşəriyyət nüvə müharibəsinin astanasındadır, bunada səbəbkar isə ABŞ və NATO blokudur. Bunu Baş katib Yens Stoltenberqin  fikirlərindən çıxan məntiq də təsdiq edir...

Təqdim etdi: E.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN