Türkiyənin güclü zəlzələ baş verən 10 əyalətində təcili olaraq sökülməsi lazım olan 50 min 576 bina müəyyən edilib.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Türkiyənin Ətraf mühit və şəhərsalma naziri Murat Kurum açıqlama verib. O bildirib ki, hazırda ayaqda qalan və müxtəlif zədə alan 50 min 576 binada yaşamaq son dərəcə təhlükəlidir. Murat Kurum bildirib ki, zəlzələdən zərər çəkmiş bölgələrdə evləri dağılmış və ya ciddi ziyan çəkən vətəndaşların mənzil ehtiyaclarını ödəmək üçün mart ayının əvvəlindən etibarən 30 min evin tikintisinə başlanacaq.

Türkiyədəki zəlzələ dəhşətləri Azərbaycanda da tikinti sektorunu hərələtə gətitib. Daha doğrusu, ictimai müzakirəıərdə Bakıda necə gəldi tikilən göydələnlərin tıhlükəsizliyinə inamsızlıq ifadı olunur. Verilən məlumatlara görə, FHN-nin aidiyyəti Baş idarəsi tikilmiş və tikilməkdə olan binaların təkrar ekspertizaslna başlayıb. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN