ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bazar günü bildirib ki, Çin Ukraynaya qarşı müharibədə Rusiyaya ölümcül hərbi yardım göstərmək qərarına gələrsə, “qırmızı xətti” keçəcək.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Tomas-Qrinfild ötən günkü bəyanatında bildirib. Sitat: “Biz Çinin sülh istədiyi barədə açıqlamasını alqışlayırıq, çünki belə vəziyyətlərdə həmişə buna çalışırıq. Amma bizə də aydın olmalıdır ki, əgər çinlilər və ya başqası Ukraynaya qarşı amansız hücumunda ruslara ölümcül dəstək vermək niyyətindədirsə, bu, qəbuledilməzdir... Bu artıq "qırmızı xətt"i keçməkdir...  Bilsinlər ki, biz Çini bu məsələdı düşmən kimi görürük... Biz onunla hər cür rəqabətə, lazım gəldikdə çinlilərlə qarşılaşmağa hazırıq. Milli maraqlarımızın həmişə birinci yerdə olmasını təmin etmək üçün bundan sonra da bunu edəcəyik”.

Xatırladaq ki, Çin Rusiyaya raket və bir sıra hərbi sursatlar göndərməkdə davam edir. Bu isə NATO və ABŞ rəhbərliyində ciddi narahatlıq doğurmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN