Rusiyanın Ukraynadakı müharibəsinin sonu görünmədiyi kimi, tətbiq edilən sanksiyalardan çıxış yolu da bəlli deyil...

Müharibə uzandıqca isə vəziyyət daha da pisləşir. Özü də hər iki ölkə üçün. Lakin Ukraynaya ABŞ və digər ölkələrin hərbi-iqtisadi dəstəyi Rusiyanın müharibədən çıxış yollarını daha da məhdudlaşdırmaqdadır. Tezadlar.az "Newsweek" nəşrinə istinadla bildirir ki, Ukrayna müharibənin bu vəziyyəti ilə barışmaq fikrində deyil və aprelin 30-da genişmiqyaslı əks-hücumlara başlayacaq. Hansı ki, nəşr bu barədə üç həftə əvvəl hazırlanan məxfi sənədlərə əsaslanaraq yazıb. Nəşrin dərc etdiyi 20 sənəddən birində Ukraynanın əks-hücumunda, doqquz briqadanın iştirak edəcəyi də qeyd olunub. Doqquz briqadanın iştirak edəcəyi hücumlarda ümumi texnikanın miqdarına 253 tank, 381 ədəd mexanikləşdirilmiş texnika, 480 ədəd avtomobil və 147 ədəd artilleriya qurğusu, əlavə olaraq 571 ədəd Amerika zirehli texnikası daxildir. Sənəddə həmçinin bildirilir ki, ABŞ və müttəfiqlərinin əks-hücumlar üçün lazım olan Ukrayna qüvvələrinin təlimi, Ukrayna hüdudlarından kənarda keçirilir. 
Ukraynaya hərbi yardım isə avam edir. Belə ki, Solovakiya Ukraynaya 13 ədəd "MİQ-29" qırıcılarını təhvil verib. Almaniya isə Ukraynaya "Leopard2" tanklarının yeni partiyasını göndərməyə hazırlaşır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN