Atəşin davam etdiyi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinin görünən təşəbbüskarı Ermənistan tərəfidir. Lakin Fransa və ABŞ burada gizli qüvvə kimi çıxış edirlər. Bu barədə "Moskva-Bakı" portalına müsahibəsində beynəlxalq münaqişələr sahəsində ekspert Yevgeni Mixaylov bildirib.

- Mən hesab edirəm ki, bu vəziyyətin görünən təşəbbüskarı, əlbəttə ki, Ermənistan tərəfidir, lakin gizli qüvvə Dağlıq Qarabağ münaqişəsinin həllindən kənarda qalmış Fransa və ABŞ-dır. Təsadüfi deyil ki, hazırda Ermənistan tərəfindən təşkilatın reaksiya vermədiyi KTMT - yə çağırışlar səslənir və dərhal ATƏT-in Minsk Qrupu həmsədrlərinin qoşunlarının cəlb edilməsi barədə söhbətlər başlayır. Bütün təxribatları İrəvan bir məqsədlə edir-sülhməramlı prosesi uzatmaq, yeni oyunçular yaratmaq və prinsip etibarilə Ermənistanı əvvəlcədən razılaşmağa məcbur edən şərtlərlə sülh müqaviləsinin imzalanmasına yol verməmək.

İndi biz görürük ki, Paşinyan yenə də bizə gülümsəyir və kömək istəyir, birgə təşəbbüslər təklif edir. Amma eyni zamanda, sərhəddə vəziyyətin gərginləşməsi baş verir, Rusiya sülhməramlılarının pərdəsi altında atəş açılır, amma Azərbaycan tərəfi buna qarşı hələki sərt cavab vermir. Bakı bu vəziyyətdə nə etmək lazım olduğu barədə Rusiya tərəfi ilə məsləhətləşmələr aparır. Mən əminəm ki, Rusiya sülhməramlı prosesin təminatçısı kimi, ilk növbədə, sülh müqaviləsinin qəti şəkildə imzalanmasında maraqlıdır. İrəvan isə buna qarşı çıxır. Münaqişə ətrafında məhz bu cür oyun gedir.

- Bu ssenariyə Paşinyan özü rejissorluq edir, digər tərəfləri münaqişəyə cəlb edir,  Fransa isə bu münaqişədə müəyyən mövqe əldə etmək üçün suflyorluq edir?

- "Paşinyan" hərəkatlarının əsas moderatoru rolunda məhz Fransa çıxış edir. Hazırki vəziyyətdə Fransanın Ermənistana təsirini aradan qaldırmaq üçün diplomatik işlər görmək praktiki olaraq mümkün deyil. Fransadakı erməni diasporu çox güclüdür və yalnız maliyyə baxımından deyil, maraqların lobbiçiliyi baxımından güclüdür. Yəni, Fransa prezidenti Emmanuel Makron İndi Fransanın yox, erməni diasporunun maraqlarından hərəkət edir.

- Bakı buna qarşı hansı mövqeni ortaya qoya bilər?

- Bakı bu vəziyyətdə yalnız Moskva ilə razılaşdırılmış hərəkətləri irəli sürə bilər. Əgər İndi Bakı hansısa bir səhvə yol verəcəksə, onda İrəvan bundan istifadə edib digər vəzifələrini həll edəcək. Biz yaxşı başa düşürük ki, Ermənistan Azərbaycanın mövqelərini elə belə atəşə tutmur, onlar Bakıdan bu atəşlərə əsaslı cavab gözləyirlər. Kardinal cavabın olacağı təqdirdə isə Rusiya sülhməramlıları zərər görə bilərlər.

Hazırkı vəziyyətdə Ermənistana yeganə təsir vasitəsi Rusiyadır.

Rusiyada da güclü erməni diasporu var, əlbəttə ki, onun təsiri Ermənistanın özünün siyasi gücünün təsiri ilə müqayisə edilə bilməz. Mən başa düşə bilmirəm ki,  Rusiyanın çox zəngin və nüfuzlu diasporu Ermənistanda bu vəziyyətə necə yol verib. Onlar sadəcə olaraq, vəziyyəti gözdən qaçırıblar və indi bu vəziyyətdən yalnız birgə səylərlə çıxmaq lazımdır.

https://moscow-baku.ru/

Tərcümə etdi:Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN