Azərbaycanın regional geo-siyasi və geo-iqtisadi mövqeyi möhkəmlənməkdədir”.

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanda işgüzar səfərdədir. Bolqarıstan Şərqi Avropada Azərbaycanın strateji tərəfdaşlarındadır. İki ölkə arasındakı ticarət dövriyyəsindəki artımlar münasibətlərin inkişafını bir daha təsdiq edir.

Bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 325 milyon 391 min dollar olub:

“Bu o deməkdir ki, ötən il Azərbaycan ilə Bolqarıstan arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4.5 dəfə artıb.

2022-ci ildən başlayaraq Azərbaycan Bolqarıstan ilə enerji əməkdaşlığını gücləndirib. Bolqarıstan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsi ilə Azərbaycan mavi qazını istehlak edir. Bu il Bolqarıstan 1 milyard kub metrdən çox qaz nəql ediləcək. İstər Cənub Qaz Dəhlizi, istərsə də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun reallaşması Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi də, məhz ölkəmizin regional enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfəsini bir daha təsdiq edir”, - deyə o, diqqətə çatdırıb.

Vüqar Bayramov izah edib ki, Sofiyada imzalanmış memorandum Azərbaycandan Avropaya əlavə qaz tədarükü üçün  SOCAR ilə əməkdaşlığın istiqamətlərini müəyyən edir  və bu, anlaşma ölkəmizlə Avropa arasında əməkdaşlıqda yeni səhifə açılması deməkdir.

 “İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrədək artırılması isə Bolqarıstan və Rumıniya ilə yanaşı Macarıstan, Slovakiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.

Bu gün eyni zamanda, Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Bu anlaşma Azərbaycan ilə Avropa arasında yeni əməkdaşlıq səhifəsidir. Azərbaycanın regional geo-siyasi və geo-iqtisadi mövqeyi möhkəmlənməkdədir”, - deyə iqtisadçı ekspert vurğulayıb.

***

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfərə gəlib. Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.

Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar.

İmzalanma mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənilib.

Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Sonra Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər.

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri başa çatıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN